245 li tam orta mktbin IV F Sinif
245 №-li tam orta məktəbin IV «F» Sinif şagirdi Hüseynli Öznurun «İncəsənət təəssürat yaradan ifadədir» Mövzusunda təqdimatı
İncəsənət — insan hisslərinin təsvir edən vasitədir. Həmçinin istənilən fəaliyyət sahəsində insanın göstərdiyi yüksək bacarıq, məharət də nəzərdə tutulur. İncəsənət mədəniyyətin tərkib hissəsi olan ictimai şüur növüdür. Bəşəriyyətin mənəvi mədəniyyətinin tərkib hissəsidir və praktik mənəvi qavramanın spesifik növüdür. Gercəkliyin bədii əksi kimi görmə obrazlarında (təsviri incəsənət, memarlıq), səs obrazlarında (musiqi), sözdə (ədəbiyyat), həmçinin incəsənətin müəyyən növlərində sintez ilə (teatr, kino) müəyyən olunur. İncəsənət dinləyici və ya tamaşaçıya informasiyanın qrafika, musiqi, rəqs və ya da bunların bir neçəsinin toplumundan ibarət olan teatr, balet, kinematoqrafiya ilə verilmə ustalığıdır. İncəsənət insanın mədəni fəaliyyətinə aid olduğundan onun kökü insanlar arasında kommunikasiya yarandığı dövrlərə gedib çıxır. Sonralar inkişaf nəticəsində o sərbəst mədəni-estetik prosesə çevrilərək öz sırf dillə bağlı mahiyyətindən kənara çıxır. Nəyin incəsənət adlandırılması bu və ya digər cəmiyyətin inkişafı dövründə malik olduğu estetik norma və dəyərləndirmə dərəcəsindən asılıdır. Obyektiv varlığın bədiisurətlərdə yaradıcı surətdə əks etdirilməsi, bədii yaradıcılıq fəaliyyəti, gözəl sənətlər, nəfis sənətlər.
Heyd ə r Ə liyev M ə rkə zi-Az ə rbaycan M ə də niyy ə tinin bariz nümun ə si
İncəsənətin növləri -İncəsənətin növləri məqsədə uyğun şəkildə təsnifləşdirilmişdir. İncəsənətin bir necə növləri onun maddi ehtiyaclarını təmin edir (sənətin bütün növləri, tibb, əkinçilik, mədəniyyət, gimnastika). Bədii incəsənət isə asudə vaxt ücündür (musiqi, rəqs, poeziya). İncəsənətin bəzi növləri isə xüsusi bədii utilitar vəzifələri ilə bağlıdır. İncəsənət əsərlərinin yaradıcıları rəssamlar kimi tədricən üzə çıxmışlar. Əvvəl onların fəaliyyəti müxtəlif əşyaların istehsalçılarının əməyindən seçilmirdi. Məsələn: gildən hazırlanan qab vacib təsərrüfat əşyalarından biri idi və yarandığı gündən o sənət əsərinə dönərək, gözəllik təsəvvürü yaradır. İncəsənətin əsas növləri rəngkarlıq, qrafika, heykəltəraşlıq , memarlıqd ır. Hər bir xalqın öz mədəniyyəti, öz ayin sistemi var. Onlar ritual məbəd incəsənətinə və yaxud dünyəvi dinlər yaranandan sonra dini incəsənətə çevrilirlər. İncəsənət əsərinin yaranması xüsusi prosesdir, onun yaradıcısı estetik qanunları bilməli, bədii vasitəyə və texniki üsullara yiyələnməlidir. Bütün əsərlər biri-birindən seçilirlər, çünki yaradıcı öz fantaziyasına tabe olur. Amma incəsənət əsərinin yaranması yaradıcılıq prosesidir, o müəyyən vaxtın qanunlarında və təsəvvürlərində yaranır. Ona görə incəsənət eststik funksiyalardan başqa tərbiyəedici, maarifləndirici, dərkedici funksiyasını daşıyır.
Xalça Saz Kamança Tar Qaval
Sənətin qiymətləndirilməsi Filosof Riçard Vollhaim sənətin estetik qiymətləndirilməsi üçün üç yanaşma təklif: ü Estetik xüsusiyyətin insanın dünyagörüşündən müstəqil, mütləq bir dəyər olduğunu nəzərdə tutan həqiqi yanaşma ü Estetik xüsusiyyətin mütləq bir dəyər olduğunu, ancaq insanın dünyagörüşünə bağlı olduğunu müdafiə edən obyektiv yanaşma ü Estetik xüsusiyyətin həm mütləq olmadığını həm də insanın dünyagörüşünə görə dəyişdiyini söyləyən nisbi yanaşma
Sənətin tarixi Hazırlandığı tarixlər bundan 40. 000 il əvvəlinə gedən heykəllər, mağara və qaya şəkilləri tapıldısa da bu əsərlərin mənası, içində inkişaf etdirildikləri mədəniyyət haqqında az məlumatımız olması səbəbiylə tam olaraq bilinməməkdədir. Bilinən ən qədim sənət obyektin - üzərləri deşilmiş bir ilbiz qabığı - 75. 000 il əvvələ dayanırsa da , yəqin ki 100. 000 illik boya saxlamaq üçün hazırlanmış qablar da tapılmışdır. Qədim Misir, Mesopotamiya, İran, Hindistan, Qədim Yunanıstan, Roma, Maya, Almek mədəniyyətlərindən günümüzə bir çox sənət əsəri miras qalmışdır. Qədim Yunan sənəti insan fizikasının ideal nisbətlərdə təmsilində sıxlaşmış, sonrasında Bizans və Orta əsrlər Avropasında "İncil" və dini motivlər ağırlıq qazanmış, bunları ucaldan tərzlər inkişaf etdirilmişdir. İntibah, fiziki dünyanın təsviri və perspektivin sistematik olaraq tətbiq şəkildə üç ölçü qəbulunun meydana gəlməsi istiqamətində texnikalar inkişaf etdirmişdir.
- Slides: 10