23 09 2016 Sad v mrkkb ddlr 26
23. 09. 2016 �Sadə və mürəkkəb ədədlər. 26 saylı məktəb-lisey kompleksinin riyaziyyat müəllimi Aşırova Əsli Firuddin qızı
Sadə və mürəkkəb ədədlər �Yalnız özünə və vahidə bölünən ədədlərə sadə ədədlər deyilir. �Məsələn: 2, 3, 5, 7. 11. 13, 17 və s. � �Bölənlərinin sayı 3 və daha çox olan natural ədədlərə mürəkkəb ədədlər deyilir. �Məsələn : 4, 6, 8, 9, 10, 12, 14, 15, 16 və s. � � 1 ədədi nə sadə , nə də mürəkkəb ədəd sayılır. � 2 -dən başqa, bütün cüt natural ədədlər mürəkkəb ədədlərdir
Eratosfen şəbəkəsi �Eratosfen şəbəkəsi aşağıdakı kimi yaradılır: �Əvvəlcə 2 -dən N-ə qədər ədədlər yazılır. � �Əvvəlcə 2 -dən başqa 2 -yə bölünən ədədlər pozulur. � �Daha sonra 3 -ə 5 -ə, 7 -yə, 11 -ə və s. bölünən ədədlər pozulur. � �Prosses davam edir və 2 ilə N arasında sadə ədədlər qalır.
1 -dən 36 -ya qədər ədədlər arasında olan sadə ədədləri seçək : 1 2 3 4 5 6 10 11 12 7 8 9 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36
Çalışma 1. �Verilmiş ədədlərin içərisindən sadə ədədləri seçin: � 2, 3, 6, 7, 9, 12, 14, 15, 16, 17, 18, 19, 21, 23, 25, � 27, 29, 30, 31
Çalışma 2 �Verilmiş ədədlərin içərisindən mürəkkəb ədədləri seçin : � 5, 6, 8, 11, 13, 15, 18, 21, 25. 28, 33, 49, 51, 53, 57.
Çalışma 3 � 1. İki sadə ədədin hasili necə ədəddir ? �(Cavabınızı əsaslandırın). � 2. Kubun tili 3 sm olarsa, onun həcmini göstərən ədəd sadə, yoxsa mürəkkəb ədəd olar ?
Çalışma 4 � 36 ədədinin bölənləri çoxluğunu yazın. Bu çoxluğa daxil olan sadə ədədləri seçib alt çoxluq düzəldin
Çalışma 5 � 12, 44, 72 ədədlərini müxtəlif üsullarla iki ədədin hasili şəklində göstərin (vuruqlar eyni olduqda eyni üsul sayılır).
- Slides: 9