Atomun Quruluşu Atom ibarətdir : 1) Mənfi yüklü elektrondan (e) 2) Müsbət yüklü protondan (p). . . 3). Yüksüz neytrondan (n) PROTONLARIN SAYI = ELEKRONLARIN SAYI
• Proton – Müsbət yüklü zərrəcikdir. Protonların sayı elementin həmin atom nömrəsini və periodik cədvəldə yerini müəyyənləşdirir. Protonun həcmi də, kütləsi də, elektrondan çoxdur.
• Neytron – Yükə malik olmayan elementar hissədir. Neytronu dahi fizik C. Çedvik kəşf (1932) etmişdir. Əgər neytronun kütləsi bu gün olduğundan 2% daha çox olsaydı neytronlar qısa müddət içində dağılar və atomlar qərarsız quruluşa malik olardı.
• Elektron – Mənfi yüklü zərrəcikdir. Elektron heç bir daxili quruluşa malik deyil. Elektronların mövcudluğunu ilk dəfə olaraq 1897 -ci ildə ingilis alimi Y. Tomson sınaqlar nəticəsində təsdiq etmişdir.
• İon (mənfi və müsbət) – Atomdan elektron ayrılması və ya özünə əlavə elektron birləşdirməsi nəticəsində yaranan zərrəcik ion adlanır. İonlar müsbət və mənfi olur. Atom əlavə elektron birləşdirdikdə mənfi iona çevrilir. Əksinə, atomdan elektron ayrıldıqda isə müsbət iona çevrilir.